"Azərbaycan Dəmir Yolları" QSC Həkəri çayı üzərində tikilən dəmiryol körpüsündə işləri yekunlaşdırmaq üzrədir.

İqtisadiyyat.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, 13 aşırımlı körpünün uzunluğu 418 m, eni isə 6,5 m, dayaqlarının və aşırım qurğusunun konstruksiyası dəmir-betondur.