ABŞ-nin vitse-prezidenti Kamala Harris və prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan iyunun 15-16-da İsveçrədə Ukrayna üzrə keçiriləcək konfransda Kiyevə əlavə yardımı müzakirə etmək niyyətindədirlər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Biz Lucerne müzakirəsini səbirsizliklə gözləyirik, vitse-prezident və Ceyk Sullivan Birləşmiş Ştatların Ukraynaya dəstək olmaq üçün daha nə edə biləcəyini öyrənmək istəyirlər", - Kirbi bildirib.