"Türkiyənin xarici siyasət strategiyasının ən mühüm prioritetlərindən biri Ukrayna münaqişəsinin tezliklə həll edilməsidir".

İqtisadiyyat.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Hakan Fidan bildirib.

Onun sözlərinə görə, Ankara dəfələrlə Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün çıxış edərək, Türkiyəni Rusiya və Ukrayna arasında danışıqlar platforması kimi təklif edib:

“Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatması, davamlı və ədalətli sülh sazişinin bağlanması xarici siyasətimizin prioritetlərindən biridir”.

 

Gözəl Həşimova