Türkiyənin xarici işlər naziri Hakan Fidan BRİCS Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində Nijni Novqorodda keçiriləcək BRICS+ Sessiyasında iştirak etmək məqsədilə 10-11 iyun tarixlərində Rusiyaya səfər edəcək.

İqtisadiyyat.az xəbər verir ki, xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrov və Rusiya rəsmiləri ilə görüşəcək və iyunun 11-də keçiriləcək BRİCS+ Sessiyasında iştirak edəcək.

Görüşlərdə Qəzzadakı son hadisələr, Ukrayna, Suriya, Liviya və Cənubi Qafqaz başda olmaqla regional və beynəlxalq problemlər müzakirə olunacaq.

Nazir Fidan Türkiyənin bölgəsində davam edən müharibənin ən qısa zamanda sülh yolu ilə sona çatacağına dair gözləntilərini və Türkiyənin bu istiqamətdə hər cür dəstəyi verməyə hazır olduğu mesajını təkrarlayacaq.

Görüşmelerde ekonomik ve ticari işbirliği önemli yer teşkil edecek.

Danışıqlarda iqtisadi və ticari əməkdaşlıq mühüm yer tutacaq.

Tərəflər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin qarşıya qoyduğu 100 milyard dollarlıq ticarət həcmi hədəfinə çatmaq üçün ortaq iş yolu ilə qarşılıqlı investisiyaları artırmaq səylərini davam etdirəcəklər.