Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının Ciddə şəhərində İraqın xarici işlər naziri Fuad Hüseyn və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi "X" sosial media platformasında paylaşımlar edib.

Paylaşımlarda Fidanın iraqlı və iranlı həmkarları ilə görüşdüyü bildirilib.

Görüşlərin təfərrüatları barədə əlavə məlumat verilməyib.