Türkiyənin xarici işlər naziri Hakan Fidan Almaniyanın xarici işlər naziri Annalena Baerbok ilə İsrail və Fələstindəki son hadisələrlə bağlı telefon danışığı aparıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, görüş zamanı İsrail və Fələstindəki son hadisələr və NATO-nun genişlənməsi məsələləri müzakirə edilib.