Xocəvənd rayonunun Hadrut qəsəbəsinin və Tuğ kəndinin sahədaxili mühəndis-kommunikasiya sistemləri üzrə (PTM, KTM, yüksək və alçaq gərginlikli xətlər və rabitə xətləri) tikinti-quraşdırma işləri aparılacaq.

İqtisadiyyat.az xəbər verir ki, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı hazırlıqlara başlayıb.

Ərazi üzrə optikləşmə, elektrik təchizatı və transformator məntəqəsinin quraşdırılması nəzərdə tutulub.

Qeyd olunan işləri "N.T.D" Məhdud Məsuliyyətli Cəmiyyəti 6,84 milyon manata icra edəcək.