Hacıqabulda avtomobil yol kənarındakı hasara çırpılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhəri ərazisində qeydə alınıb.

1965-ci il təvəllüdlü Məmmədov Elçin Adil oğlu idarə etdiyi "VAZ 21154" markalı avtomobillə Hacıqabul şəhəri ərazisində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili yolun kənarındakı hasara vurub, nəticədə sürücü aldığı xəsarətlərdən Şirvan ŞMX-da ölüb.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi başlanılaraq istintaqı aparılır.