Gürcüstanın qərbində, Tbilisidən 260 kilometr aralıda yerləşən Raça bölgəsində 4,3 bal gücündə zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, məlumatı Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi yayıb.

Qeyd olunur ki, zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib.

İtkilər və dağıntılar barədə məlumat verilmir.