Sentyabrın sonuna Gürcüstanın xarici dövlət borcu 8,45 milyard dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin saytında məlumat dərc olunub.

Ölkənin xarici dövlət borcu sentyabr ayında 115,7 milyon dollar və ya 1,3% azalıb. Ölkələr arasında Fransa Gürcüstanın dövlət borcunun ən böyük sahibi olaraq qalır. Lakin bu ölkəyə olan borc bir ay ərzində 19,7 milyon dollar azalıb.

Məlumata görə, Gürcüstanın Avropa İnvestisiya Bankına dövlət borcu 25,1 milyon dollar, Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyasına isə 20,5 milyon dollar azalıb.

Qeyd edək ki, Azərbaycanın xarici dövlət borcu ÜDM-in 10%-ə enib.

 

Gözəl Həşimova