Gürcüstan-Rusiya sərhədində yerləşən “Kazbegi” gömrük-keçid məntəqəsinin işi Devdorak buzlağının vadisində baş verən daşqın səbəbindən dayandırılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, məntəqənin bütün əməkdaşları təxliyə edilib, sərhəddən keçən bütün nəqliyyatın hərəkəti dayandırılıb.

 

Gözəl Həşimova