Gürcüstanda daha üç nəfərə koronavirus diaqnozu qoyulub.

Redaktor.az bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Bununla ölkədə koronavirusa yoluxanların sayı 103 nəfərə çatıb. Onların 20-si sağalıb. Hazırda aktiv COVID-19 infeksiyası daşıyıcılarının sayı 83 nəfər təşkil edir. Karantində 5 114, stasionar nəzarətdə isə 263 nəfər saxlanılır.