Gürcüstanda son sutkada daha 1 286 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 1 701 nəfər müalicə olunaraq sağalıb, 13 pasiyent vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 387 481 nəfər yoluxub. Onların 365 019-u sağalıb, 5 551-i isə ölüb.