Gürcüstanın Müdafiə Nazirliyi Türkiyədən NATO standartlarına uyğun hazırlanmış “Vuran” taktiki təkərli zirehli maşınlarının partiyasını alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik bildirib ki, təchizat ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə kömək edəcək.

Məlumata görə, bu maşınlar Türkiyə tərəfi ilə bağlanmış müqavilə əsasında Gürcüstana verilib. Avadanlıqların təhvil verilməsi mərasimi Gürcüstandakı Vaziani hərbi bazasında baş tutub. Departament qeyd edir ki, VURAN zirehli texnikası NATO standartlarına uyğun təchiz edilib və Gürcüstan ilə Türkiyə arasında əlaqələrin dərinləşməsinə mühüm töhfə verəcək.

 

Gözəl Həşimova