Aprel və may aylarında Gürcüstan Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyini pozduqları üçün 42 xarici vətəndaşı ölkədən çıxarıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti məlumat yayıb.

Qeyd edilib ki, miqrasiya qaydalarını pozduğu üçün saxlanılanların bəziləri ölkəni könüllü, bəziləri isə məcburi şəkildə tərk edib. Deport edilənlər arasında İraq, İran, Əlcəzair, Pakistan, Ermənistan, Rusiya, İordaniya, Misir və digər ölkələrin vətəndaşları var. 

Həmçinin qeyd olunur ki, Gürcüstana qanuni əsaslar olmadan gələn 8 azyaşlı Azərbaycan vətəndaşı da ölkədən çıxarılıb.

 

Gözəl Həşimova