Günvurma yay fəslində ən çox rast gəlinən haldır.

İqtisadiyyat.az xəbər verir ki, günvurmadan qorunmaq üçün günəşin ən qızmar olduğu saatları bayırda qalmamağa çalışın. Gündəlik 2 litr sərin su içməyi adət halına gətirin. Geyim olaraq nazik və açıq rəngli kətan parçadan tikilmiş paltarlara üstünlük verin.

Bədəni sərinləşdirən ərzaqlardan daha çox istifadə edin.

Çiyələk - yaz aylarında çiyələyi tək, qatıqla qarışdıraraq və ya smuzi edərək yeyə bilərsiniz. Bu meyvə bədəni sərinlədir, istilik səbəbilə artan qan təzyiqini normallaşdırır.

Xiyar - lifli tərəvəz olduğu üçün toxluq hissi verir. Bundan başqa, tərkibinin yarısından çoxunu su təşkil etdiyi üçün susuzluq hissini azaldır.

Qarpız - qan təzyiqini tənzimləyən qarpız yayda ən çox yeyilən giləmeyvədir. Tərkibinin çox hissəsi su olduğu üçün susuzluğu yatırır.

Nanə - ürəkbulanmasına qarşı çox faydalıdır. Sakitləşdirici təsirə malikdir. Buz və nanə əlavə olunmuş bir stəkan ayran sərinləmək üçün ən ideal yay içkisidir.