Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni baş inspektor təyin edilib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, polis baş leytenantı Elşən İsmayılov adıçəkilən qurumda baş inspektor vəzifəsini icra edəcək.

E.İsmayılov bunadək Daşkəsən rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsində çalışıb.