"Google" 2019-cu ildən bəri Cənubi Koreyanın 500 startapına xaricdəki əməliyyatlarını genişləndirmək üçün təxminən 90 milyon dollar sərmayə qoyub.

Bu barədə İqtisadiyyat.az "Yonhap" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, 2019-cu ildən bəri "Google"un hökumət ilə birgə təşkil etdiyi "ChangGoo" proqramında 500-dən çox startap iştirak edib. Proqram iştirakçıları bildiriblər ki, istifadəyə verildiyi vaxtdan onların gəlirləri 62% artıb. Şirkətlərin 69%-i artıq xarici bazarlara çıxıb.

 

Gözəl Həşimova