Google populyar sorğularla bağlı layihəsinin ölkələr siyahısından Rusiyanı çıxarıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumatda, Google-nin Rusiyanı hər il müəyyən bir ərazidə ən populyar axtarış sorğularını nümayiş etdirən “Axtarışda İl” layihəsində ölkələr siyahısından çıxardığı bildirilib.