Fransa Rəqabət Təşkilatı "Google"u qanuna zidd hərəkət etdiyinə görə 2019-cu il Avropa İttifaqı qanununa əsasən cərimələyib.

İqtisadiyyat.az “Le Figaro”ya istinadən xəbər verir ki, qurum "Google"u məzmunundan istifadə etdiyi fransız nəşriyyatlarına kifayət qədər rüsum ödəmədiyi üçün 250 milyon avro cərimələyib.

İndiyədək "Google" 450 fransız nəşriyyatı ilə rüsumlarla bağlı razılığa gəlib.

Qeyd edək ki, Aİ-nin 2019-cu il qanununun 15-ci maddəsi nəşriyyatlara məzmunlarının təkrar istifadəsi üçün platformalardan təzminat almaq hüququ verir.

Xatırladaq ki, şirkət bir çox ölkədə rəqabətə zidd davranışlara görə məhkəmə çəkişmələri ilə mübarizə aparır.

 

Sadiq Cavadov