ABŞ-nin investisiya bankı "Goldman Sachs" neftin bir barelinin qiymətinin gələn il 100 dolları ötəcəyini proqnozlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bankın hesabatında deyilir.

Məlumata görə, "OPEC+" qrupunun tədarükü azaltması və tələbin artması bazarda təklif qıtlığı yaradacaq. Bu da neft qiymətlərini bahalaşdıracaq.

Hesabata əsasən, ABŞ-də neft hasilatında artım gözlənilsə də, bu, artan tələbi qarşılamaq üçün kifayət etməyəcək.

 

Gözəl Həşimova