“Gilan Qəbələ Aqrotexservis” ASC-nin səhmdarlarının  illik ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 28-də saat 11.00-da Qəbələ rayonunun Hacallı kəndində, ASC-nin binasında keçiriləcəyi nəzərdə tutulub.

İclasda 2023-cü ilin yekunlarına aid maliyyə hesabatlarının müzakirəsi aparılacaq və təsdiq olunacaq.

Səhmdarlar illik ümumi yığıncağın gündəliyinin materialları ilə ümumi yığıncaq zamanı tanış ola bilərlər.

Qeyd edək ki, “Gilan Qəbələ Aqrotexservis” ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 216 640 manatdır.