Türkiyənin qida tədarükü Getir şirkəti yeni açıqlama yayıb. 

İqtisadiyyat.az xəbər verir ki, şirkət İspaniya, Portuqaliya və İtaliyadan çıxacağını açıqlayıb.

Daha əvvəl Fransada fəaliyyətini dayandıran şirkət indi İtaliya, İspaniya və Portuqaliyadan çıxacağını bildirib. Firma "yeni investisiya turunu tamamlamaq üzrə olduğunu" açıqlayıb.

Bildirilib ki, sürətli ərzaq çatdırılması xidmətləri COVID-19 pandemiyası zamanı effektiv olsa da, istehlakçılar artıq mağazadan birbaşa alış-verişə başlayıb. Bu, şirkətin fəaliyyətinə təsirsiz ötüşməyib.

Şirkət e-poçt vasitəsilə üç ölkədən birdəfəlik çəkildiyini elan edib. Gəlirlərinin 96 faizini İngiltərə, ABŞ, Almaniya, Hollandiya və Türkiyə bazarlardan əldə etməyi hədəfləyən Getir, bu ölkələrdə fəaliyyətini davam etdirir.