Gəncə şəhərində yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişənin şəxsiyyəti məlum olub.

İqtisadiyyat.az-ın məlumatına görə, "Toyota" markalı avtomobilin idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılması nəticəsində ölən şəxsin 1989-cü il təvəllüdlü Emil Abdullayev olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.