Gəncədə sərnişin avtobusu dərəyə aşıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar var.

Hazırda onların sayı və kimliyi dəqiqləşdirlir.

Yaralılar əraziyə cəlb olunmuş təcili yardım maşınları ilə xəstəxanaya yerləşdirilib.

DİN Mətbuat Xidmətindən bildirilib ki,Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Qəza zamanı xəsarət alanların xəstəxanaya aparılması təmin edilib.

Araşdırmalar davam etdirilir.