Gəncə şəhərində erməni terroru qurbanlarının xatirəsi yad edilir.

İqtisadiyyat.az xəbər verir ki, bu gün Ermənistan silahlı qüvvələrinin Gəncəni növbəti dəfə raket atəşinə tutmasından üç il ötür.

2020-ci il oktyabrın 11-də erməni silahlı birləşmələrinin Gəncə şəhərini gecə saat 2-də “Elbrus” raketi ilə hədəf alması nəticəsində 10 nəfər mülki şəxs ölüb, 30-dan çox insan yaralanıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhər əhalisi Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazini ziyarət edərək, şəhid olan mülki şəxslərin əziz xatirəsini ehtiramla yad edirlər.