Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

İqtisadiyyat.az-ın məlumatına görə, hadisə 20 Yanvar abidəsinin yaxınlığında qeydə alınıb.

Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Q.Fərmanlı mübahisə zəminində bir neçə bıçaq xəsarəti alıb.

O, xəstəxanaya çatdırılıb. Hadisəyə iki sürücü arasında yol üstdə düşən mübahisə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.