Yeddilik Qrupu (G7) ölkələri, Moskva Kiyevə təzminat ödəməyə razı olmayana qədər Rusiyanın dondurulmuş aktivlərini qaytarmayacaqlar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə G7 xarici işlər nazirlərinin Tokioda keçirilən iki günlük Sammitinin yekunları üzrə birgə bəyanatında deyilir.

“Qrupa üzv olan ölkələr Rusiyaya və onun Ukraynadakı hərəkətlərinə dəstək verən ölkələrə qarşı ciddi nəticələr verəcək addımlar vəd edir, çünki Qərb və müttəfiqləri bunu təcavüz kimi xarakterizə edir”, - deyə bəyanatda qeyd olunub.