Bildirilib ki, G7 liderləri onlayn şəkildə görüşəcəklər. İclasın əsas gündəminin Ukrayna və Rusiya arasında davam edən müharibə ilə bağlı inkişafın olacağı nəzərdə tutulur.

Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq edən G7 ölkələri bu gün Almaniyanın ev sahibliyi ilə onlayn şəkildə görüşməyə hazırlaşır.

G7 sammitində bütün ölkə liderlərinin iştirak edib-etməyəcəyi barədə dəqiq məlumat olmasa da, görüşün əsas gündəminin Ukraynaya Rusiya ilə müharibəsində dəstək olacağı gözlənilir.

Kanada Rusiyaya qarşı yeni sanksiyaları elan edən son ölkələrdən biri olub.

G7 liderləri Ukrayna gündəliyi ilə görüşə hazırlaşarkən, Ukrayna prezidenti Vladimir Zelenskinin təmasları davam edir. Zelenski sonuncu dəfə ABŞ prezidenti Co Baydenlə görüşüb.

ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında ABŞ-ın təhlükəsizlik, maliyyə və humanitar yardım göstərməyə davam edəcəyini bildirib.

ABŞ Maliyyə Naziri Janet Yellen də qatıldığı televiziya proqramında “ABŞ Ukraynaya lazım olduğu qədər dəstək verəcək” deyə qeyd edib