Aprelin 6-da Fransada 833 nəfər COVID-19-dan vəfat edib.

AZƏRTAC xəbər verir ki, bununla da bu pandemiyadan ölənlərin ümumi sayı 8 min 911 olub. Bunlardan 6 min 494-ü xəstəxanalarda, 2 min 417-i isə EHPAD-qocalar evlərində qeydə alınıb.

Bu barədə məlumat verən ölkənin Səhiyyə naziri Olivye Veran deyib ki, COVID-19 virusuna yoluxmuş və xəstəxanalara yerləşdirilmiş 29 min 722 xəstədən 6 min 948-i reanimasiya şöbəsindədir. 17 min 249 xəstə sağalaraq xəstəxanaları tərk edib. Ölkədə COVID-19 virusu daşıyıcılarının rəsmi sayı 74 min 390-a çatıb.