Fransanın Avinyon şəhərində fermerlər hökumətin kənd təsərrüfatı sektoru ilə bağlı siyasətinə etiraz ediblər.

İqtisadiyyat.az “France Bleu”ya istinadən xəbər verir ki, Avinyonda 300-ə yaxın fermer bir araya gələrək traktorları ilə bölgə qubernatorluğuna doğru hərəkət ediblər.

İstehsal xərclərinin artması və dəstək ödənişlərinin yetərincə olmaması səbəbindən qazanc əldə edə bilmədiklərini bildirən fermerlər bu vəziyyətə etiraz olaraq məhsullarını valilik qarşısına töküblər.

Digər tərəfdən fermerlər hökumətin sektorla bağlı siyasətinə etiraz olaraq kənd təsərrüfatı tullantılarını yandıraraq reaksiya veriblər.

Qeyd edək ki, Avropa İttifaqında (Aİ) yanacağın qiymətinin artması, vergilər və kifayət qədər dəstək ödənişləri olmaması səbəbindən son günlər Almaniyada da fermerlər etiraz aksiyaları keçiriblər. Həmçinin Polşalı fermerlər də oxşar tələblərlə çıxış edərək ucuz Ukrayna taxılının idxalına qadağa qoyulmasını tələb edirlər.