Fransada son bir sutkada koronavirusdan 1355 nəfər ölüb.

“Yevropeyskaya Pravda” bu barədə ölkənin Səhiyyə Departamentinin rəhbəri Jerom Salomona istinadən xəbər verib.

O qeyd edib ki, ölkədə 5387 şəxs COVID-19 virusunun qurbanı olub.

J.Salomonun sözlərinə görə, 12 428 nəfər isə xəstəliyə qalib gələrək sağalıb.