Fransa "Mirage 2000-5" qırıcılarının Ukraynaya təhvil verilməsini koordinasiya etməyi planlaşdırır və yayda ukraynalı pilotların təliminə başlayacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron TF1 və "France 2" telekanallarına müsahibəsində bildirib.

"Sabah biz əməkdaşlığın yeni formasına başlayacağıq və Fransadan Ukraynaya öz ərazisini və hava məkanını qorumağa imkan verəcək "Mirage 2000-5" döyüş təyyarələrinin tədarükünü elan edəcəyik. Buna görə də sabahdan pilotların təliminə başlayacağıq", - Makron qeyd edib.