Fransa məhkəməsi bu ölkədə istehsal edilən qabaqcıl çip texnologiyasının qaçaqmalçılıq yolu ilə hərbi istifadə hallarını əngəlləmək üçün ixrac qadağası tətbiq olunan Çin və Rusiyaya daşınması iddialarını araşdırır.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, Fransa məhkəmə sistemindən adının açıqlanmasını istəməyən bir səlahiyyətli verdiyi açıqlamada şübhəli qismində ikisi fransız və ikisi çinli 4 nəfərin sübutlarla mart ayından bu yana istintaq altında olduğunu söyləyib.

Rəsmi qeyd edib ki, sözügedən dörd nəfərdən ikisi də “məxfi məlumatları xarici gücə satmaq” ilə bağlı ittihamlarla üzləşiblər.

İstintaqın məxfiliyinə görə əlavə məlumat verilməyib.

Hadisəni ilk elan edən Le Parisien qəzeti, müstəntiqlərin təxminən 12 milyon avroluq qeyri-qanuni texnologiya transferini təsbit etdiyini bildirib.