Fransa diplomatik böhranlar yaşadığı Nigerin paytaxtı Niameydəki səfirliyini bağlayır.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransanın "Jeune Afrique" internet saytı məlumat yayıb.
Məlumata görə, Fransa səfir Silvain İttenin sentyabrın 27-də ölkəni tərk etməsindən sonra Niamey səfirliyini bağlamaq qərarına gəlib.
Bildirilib ki, Niger hakimiyyətinin məhdudiyyətləri səbəbindən səfirlik öz vəzifələrini yerinə yetirə bilməyib.
Gözəl Həşimova