Fransanın “TotalEnergies” şirkəti gələn ilin yanvar-fevral aylarında Bolqarıstana maye qaz tədarük edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bolqarıstanın “Bulgargaz” şirkəti məlumat yayıb.

Məlumata görə, “Bulgargaz” şirkəti gələn ilin yanvar və fevral aylarında Bolqarıstana maye qazın ixracı üçün tədarükçünün seçilməsi üzrə müsabiqə prosedurunun nəticələrini yekunlaşdırıb.

“TotalEnergies” elan edilmiş müsabiqədə birinci yeri tutub. Ümumilikdə 9 şirkət müsabiqə prosedurunda iştirak etmək üçün ərizə təqdim edib. “Bulgargaz” ayda 1 milyon meqavat-saat həcmində qaz tədarükünün Türkiyədəki qazlaşdırma terminalları vasitəsilə həyata keçiriləcəyini gözləyir.

 

Gözəl Həşimova