Azərbaycandan bu ilin yanvar-iyul aylarında Fransaya neft ixracı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə artaraq 662,3 min ton təşkil edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə ölkənin Fransaya ixrac etdiyi neftin dəyəri isə 75,1 milyon dollar və ya 2,7 dəfə artaraq 118,6 milyon dollar olub.

 

Gözəl Həşimova