Finlandiyanın müdafiə naziri Antti Kaikkonen ölkəsinin NATO-ya üzvlük prosesi ilə bağlı TRT-yə xüsusi açıqlamalar verib.


İqtisadiyyat.az xəbər verir ki, üçlü memoranduma sadiq olduqlarını vurğulayan nazir “Türkiyə bizə etibar edə bilər” deyib.


"Biz Madriddə imzalanan üçlü memoranduma sadiqik. Finlandiya terrorizmlə işləmək və mübarizə aparmaq əzmindədir. Buna heç bir şübhə yoxdur. Türkiyə üçlü memorandumu yerinə yetirmək üçün bizə arxalana bilər".

Nazir Madriddə Türkiyə, İsveçrə və Finlandiya arasında imzalanan memorandum çərçivəsində müəyyən irəliləyişlərin əldə edildiyini vurğulayıb.

Yeni addımların yolda olduğunu deyən nazir açıqlamalarına bu sözlərlə davam edib:

"Türkiyə ilə böyük irəliləyiş əldə etdik. Nə vaxt daha irəli getmək Türkiyənin öz qərarıdır. Ümid edirəm ki, yaxın gələcəkdə NATO-ya üzvlük prosesində daha da irəliləyiş əldə edəcəyik. NATO-ya nə qədər tez üzv ola bilsək, bizim üçün bir o qədər yaxşıdır. Bu, bizim məqsədimizdir."

Nazir Finlandiyanın NATO-ya üzvlüyünün Türkiyə, Finlandiya, İsveç və NATO üçün xeyirli olacağını bildirib.