Finlandiyanın baş naziri Sanna Marin - “Finlandiya ilə (NATO-ya üzvlüklə bağlı) böyük problem yoxdur."


İqtisadiyyat.az xəbər verir ki, Marin Dünya İqtisadi Forumu (WEF) çərçivəsində xüsusi sessiyada məruzəçi kimi iştirak edib.

WEF-ə 3 il əvvəl qatıldığını xatırladan Marin, son 3 ildə Rusiya-Ukrayna müharibəsi, enerji böhranı kimi bir çox böhranın yaşandığını və mübarizə aparıldığını bildirib.

Rusiya-Ukrayna müharibəsinin bütün dünyaya təsir etdiyini deyən Marin, "Bu gün dünya 3 il əvvəlkindən çox fərqli bir yerdir" dedi.

Qayda əsaslı nizama meydan oxunduğunu deyən Marin, daha çox avtoritar rejimlərin özlərinə daha çox yer tapdığını və demokratik dəyərlərin sarsıldığını söyləyib.

Ölkəsinin və İsveçin NATO-ya üzvlük prosesinə işarə edən Marin, NATO-nun öz qaydalarına malik olduğunu və ölkələrin onlara əməl etmədikcə üzv ola bilməyəcəyini qeyd edib.

"Ümid edirəm ki, Finlandiya və İsveçin NATO-ya üzvlük prosesi mümkün qədər tez irəliləyəcək", - Marin bildirib.

NATO-ya üzv olmaqla onlara qarşı təhdidlərin qarşısını almaq istədiklərini bildirən Marin, Ukraynanın NATO üzvü olacağı təqdirdə ölkədə müharibə olmayacağına inandığını bildirib.