Finlandiya Prezidenti Aleksander Stubb Ukrayna ilə hərbi dəstək haqqında saziş imzalamağa hazırlaşır.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə “Iltalehti” qəzeti mənbələrə istinadən xəbər verir.

Bu sazişin Stubbın Ukraynaya səfəri zamanı Kiyevdə imzalanacağı gözlənilir. Səfərin tarixi isə dəqiq deyil.

Qəzetin yazdığına görə, sazişə əsasən Finlandiya Ukraynanı uzun illər silahla təmin etməyi və donanmasını təchiz etməyi öz üzərinə götürəcək. Həmçinin Ukraynanın NATO-ya üzvlüyünün də dəstəklənəcəyi bildirilib.

Sənəd imzalanacağı təqdirdə Finlandiya şirkətləri Kiyevə öz müdafiə sənayesini qurmağa kömək edəcək.