Türkiyə Fələstin məsələsində Rusiya ilə ortaq mövqelərə malik olmasını təqdir edir və bundan məmnundur. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan braziliyalı həmkarı Mauro Vieyra ilə danışıqlardan sonra Ankarada keçirdiyi mətbuat konfransında deyib.

"Rusiyaya səfərim zamanı bir sıra görüşlər keçirdik. Enerjidən ticarətə, təhlükəsizlikdən nəqliyyata, regional məsələlərə qədər ikitərəfli münasibətləri ətraflı müzakirə etdik. Xüsusilə Ukraynada davam edən müharibə və nə ola biləcəyi barədə danışdıq. Əlbəttə, biz Suriyanı müzakirə etdik, təbii ki, Fələstin və Cənubi Qafqazla bağlı ətraflı müzakirələr aparıldı, xüsusilə də Fələstin məsələsində Rusiyanın bizimlə eyni fikirdə olmasından məmnunuq", - Fidan qeyd edib. 

Nazir əlavə edib ki, Rusiya tərəfi Türkiyənin Ukrayna mövzusuna yanaşması barədə müsbət danışıb və bu Ankara tərəfindən məmnunluqla qarşılanıb.