Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Ağdam rayonunun Quzanlı qəsəbəsində Mina Əleyhinə Xüsusi Təyinatlı Alayı üçün bina tikiləcək.

İqtisadiyyat.az xəbər verir ki, nazirliyin Əsaslı Tikinti İdarəsi Alayın birinci mərhələ üzrə tamamlama işləri üçün hazırlıqlara başlayıb.

Nazirlik bu işləri "Şinkar Holding"ə həvalə edib və həmin şirkətlə 690 373 manat dəyərində müqavilə bağlanıb.

Qeyd edək ki, Mina Əleyhinə Xüsusi Təyinatlı Alayı işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətli şəkildə davam etdirir.