Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.

Bu barədə İqtisadiyyat.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Astara” və “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.