Ötən il oktyabrın əvvəlindən indiyə kimi İsrailin atəşə tutması nəticəsində Qəzza zolağında həlak olan fələstinlilərin sayı 22 mini keçib, təkcə son 24 saat ərzində anklavda 207 nəfər həlak olub.

İqtsadiyyat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin anklavdakı ofisi bildirib.

"İsrailin Qəzza zolağına davam edən təcavüzü nəticəsində ölənlərin sayı 22 185 nəfərə, yaralıların sayı isə 57 035 nəfərə çatıb. Təkcə son 24 saat ərzində İsrail Qəzza zolağında 15 qırğın törədib, 207 nəfəri ölüb, 338 nəfər yaralanıb”.

Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklərdir regionda gərginlik və döyüş mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən edib, lakin yalnız İsrail dövləti yaradılıb.