Fələstin prezidenti Mahmud Abbasın noyabrın 15-də Rusiyaya planlaşdırılan səfəri Fələstin tərəfinin xahişi ilə təxirə salınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov jurnalistlərə bildirib.

"Noyabrın 15-də səfər olmalı idi. Fələstin rəhbərliyinin xahişi ilə bu səfər təxirə salındı. Onlar vəziyyətin həqiqətən ağır olduğunu, buna görə də prezident Abbasın regionu tərk edə bilmədiyini bildiriblər. Biz onlara dedik ki, təbii ki, bu halları başa düşürük", - nazir müavini qeyd edib.