ABŞ Federal Ehtiyat Sistemi (Fed) Twitter məlumatlarında “Natural Language Processing” istifadə edərək kredit və maliyyə bazarı əhval-ruhiyyəsinin yeni ölçüsünü yaradıb.

İqtisadiyyat.az xəbər verir ki, FED-in mövzu ilə bağlı hesabatında qeyd olunub ki, Maliyyə Həssaslığı İndeksi (TFSI) korporativ istiqraz marjaları, digər qiymətlər və sorğuya əsaslanan maliyyə vəziyyəti ölçüləri ilə yüksək korrelyasiyaya malikdir.

Bundan başqa, indeksin ABŞ pul siyasətində dəyişiklikləri proqnozlaşdırmağına kömək edəcək. Sistem eyni zamanda pul siyasətinin gözlənilməz sərtləşdirilməsinə cavab olaraq maliyyə əhval-ruhiyyəsinin pisləşməsini də sənədləşdirəcək.