Estoniyanın Baş naziri Kaya Kallas müdafiəyə sərmayə qoymaq üçün daxili tədbirlər görərək siyasi intihara məcbur olduğunu deyib. 

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə "EUobserver"-ə müsahibəsində bildirib.

"Mən siyasi intihar edirəm, başqa seçimim yoxdur", - o qeyd edib.

Məlumata görə, Baş nazir Estoniyanın müdafiə ehtiyaclarını ödəmək üçün vergiləri qaldırıb.