"Artıq Estoniyada eynicinsli cütlüklərin nikah üçün müraciət etmək hüququ var". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ERR milli dövlət televiziya və radio portalı məlumat yayıb. 

Məlumata görə, sözügedən qanunla bağlı parlamentin müvafiq qərarı qüvvəyə minib.

"Ailə qanunvericiliyinə nikahın iki şəxs arasında olmasını müəyyən edən və nikahın kişi ilə qadın arasında olması qaydasını ləğv edən dəyişikliklər qüvvəyə minib", - deyə məlumatda bildirilir.

Dekabrın sonunda qeyd şöbəsində adi "kişi" və "qadın" əvəzinə "birinci həyat yoldaşı" və "ikinci həyat yoldaşı" yazılan yeni formalar meydana çıxıb. Köhnə üslublu formalar isə hələ də mövcuddur.