ABŞ Baltikyanı Təhlükəsizlik Təşəbbüsü çərçivəsində 2024-cü ildə müdafiə xərcləri üçün Estoniya, Latviya və Litvaya 228 milyon dollar ayıracaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.

"ABŞ Konqresi Baltikyanı ölkələr üçün təhlükəsizlik yardımı üçün 228 milyon dollar nəzərdə tutan hökumətin maliyyələşdirilməsi haqqında qanun layihəsini qəbul edib", - Baltikyanı respublikanın müdafiə nazirliyinin portalında deyilir. 

Həmçinin qeyd edilir ki, ABŞ bu il FMF (Xarici Hərbi Maliyyələşdirmə) xarici dövlətlərə hərbi yardım proqramı çərçivəsində Estoniyaya 47,3 milyon dollar ayıracaq.

Qeyd edək ki, ABŞ Konqresinin tam Senatı cümə günündən şənbəyə keçən gecə federal departamentlərin əsas hissəsinin işinə vəsaitin ayrılmasının 2024-cü maliyyə ilinin sonuna qədər uzadılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləib.

Baltik Təhlükəsizlik Təşəbbüsü ABŞ-nin təşəbbüsü ilə 2020-ci ildə yaradılıb. Onun əsas vəzifəsi Latviya, Litva və Estoniyanın müdafiə potensialının gücləndirilməsidir.