Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) hakimiyyətin silahlı yolla ələ keçirilməsinə hazırlaşmaqda şübhəli bilinən 8 nəfəri saxlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

"Səlibçilər" hərbi-vətənpərvər ictimai təşkilatının üzvləri əllərində olan silahlarla zor tətbiq etməklə hakimiyyəti ələ keçirmək barədə razılığa gəliblər", - deyə xidmətin açıqlamasında bildirilir.

Kəşfiyyat xidmətinin məlumatına görə, ümumilikdə 8 nəfər saxlanılıb. Onların adları çəkilmir.